"Lənkəran şəhər stadionuna yeni toxum səpilib. Havalar soyuq keçdiyinə görə toxum gec çıxır". Bu sözləri Fanat.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Premyer Liqanın XII turunda "İnter"in qonağı olacaq "Xəzər Lənkəran" XIII turda "Neftçi"i qəbul etməlidi. Noyabrın 24-ə təyin olunan bu matçadək "Fırtınalar meydan"ı hazır olmayacaq. Bəs "Böyük oyun" harda keçiriləcək. "Xəzər Lənkəran" rəsmisi bildirib ki, bununla bağlı "Neftçi"yə müraciət olunub: "Neftçi" qəbul etsə, oyun Bakıda keçiriləcək. 3-cü və 4-cü dövrənin oyunları isə Lənkəranda baş tutacaq. Qəbul etməsələr, yəqin ki, oyun təxirə salınacaq. Artıq "Neftçi"yə müraciət etmişik. Bu günə qədər cavab verməyiblər. Hələ oyuna qədər vaxt var, yəqin bu günlərdə cavab verərlər".
Fanat.az