Dieqo Madriqal "İnter"ə keçidini təsdiqləyib. Fanat.az xəbər verir ki, Kosta Rika yığmasının üzvü vətənində verdiyi açıqlamada xoşbəxt olduğunu bildirib:
"İnter"ə keçdiyim üçün xoşbəxtəm. Ona görə ki, Avropada oynamağa dair yuxumu gerçəkləşdirdim. Azərbaycanı ona görə seçdim ki, burda oynamaqla, Rusiya və Türkiyə kimi daha yaxşı çempionatlara gedə bilərəm. Keçidimdə maliyyə şərtlərinin əla olduğunu gizlətmirəm".
Fanat.az