Topaz Premyer Liqasının XXXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, mövsümdə son oyununu keçirən Ağdam təmsilçisinin çalışdırıcısı məşqçi kimi ölkə çempionatlarında 250-ci matçına çıxıb.
Bu oyunadək çempion titulunu qazanan və qarşılaşmadan sonra mükafatlanan “Qarabağ”a qədər “Neftçi”nin də baş məşqçisi olan Qurbanov yubiley görüşündə 1:2 hesablı məğlubiyyətə üzülüb. Baş məşqçi kimi 9 il əvvəl “Neftçi”də debüt edən 43 yaşlı mütəxəssis paytaxt təmsilçisində 28, əyalət klubunda 222 matç keçirib.
O, ölkə çempionatlarında baş məşqçi kimi ən çox oyun keçirən 6-cı mütəxəssisdi. Qurbanov Qəhrəman Əliyev (381), Ağasəlim Mircavadov (343), Əsgər Abdullayev (305), Kazbek Tuayev (287) və Mehman Allahverdiyevdən (271) geri qalır.
Qeyd: texniki nəticə top fərqində nəzərə alınmayıb.
| mövsüm | Klub | O | Q | H | M | T/F | X |
| 2006/07 | Neftçi | 24 | 17 | 3 | 4 | 47-15 | 54 |
| 2007/08 | Neftçi | 4 | 2 | 1 | 1 | 9-4 | 7 |
| 2008/09 | Qarabağ | 26 | 14 | 7 | 5 | 35-22 | 49 |
| 2009/10 | Qarabağ | 32 | 14 | 12 | 6 | 31-26 | 54 |
| 2010/11 | Qarabağ | 32 | 17 | 7 | 8 | 41-22 | 58 |
| 2011/12 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 2012/13 | Qarabağ | 32 | 16 | 11 | 5 | 43-26 | 59 |
| 2013/14 | Qarabağ | 36 | 21 | 9 | 6 | 66-21 | 72 |
| 2014/15 | Qarabağ | 32 | 20 | 8 | 4 | 51-25 | 68 |
|
| Neftçi | 28 | 19 | 4 | 5 | 56-19 | 61 |
|
| Qarabağ | 222 | 117 | 62 | 43 | 304-170 | 413 |
|
| Cəmi | 250 | 136 | 66 | 48 | 360-189 | 474 |
Fanat.az