Qədirov yubiley oyunundan danışdı

Qədirov yubiley oyunundan danışdı

Topaz Premyer Liqasının VI turunun "Qarabağ"la oyunu "Rəvan"ın baş məşqçisi Valdislav Qədirov üçün yubiley ilə əlamətdar olub. Fanat.az xəbər verir ki, 42 yaşlı çalışdırıcı peşəkar məşqçilik karyerasında 100-cü görüşünə çıxıb.

Ümumiyyətlə, bu 100 oyunda baş məşqçi 44 qələbə əldə edib, 39 dəfə isə məğlub olub. Qalan 17 görüşdə isə heç-heçə qeydə alınıb. Qədirovun sırf "Rəvan"da 45-ci oyununu keçirdiyini də bildirək. Yubileyi "sülh" ilə qeyd edən baş məşqçi Bakı klubunda 26 qələbə əldə edibsə, 10 matçda yenilgiyə üzülüb. "Rəvan"ı 2011-ci ildə Premyer Liqaya çıxaran mütəxəssis komandadakı digər 9 görüşdə heç-heçəyə şahidlik edib ki, bunlardan da sonuncusu "Qarabağ"la son tur matçına təsadüf etdi.

Yubilyar məsələ ilə bağlı klubun rəsmi saytına danışıb: "100 oyun həddinə çatdığıma görə şadam. Özü də yubiley oyununda ölkənin ən güclü klublarından olan "Qarabağ" ilə görüşdük və onlardan xal aldıq. Əlbəətə, qələbə qazansaydıq, daha möhtəşəm olardı. Lakin 1 xalla kifayətlənməli olduq. Əsas odu ki, uşaqlar atıq hər oyunda döyüşür, sona qədər mübarizə aparır. Mənə gəlincə, çalışacam ki, komandam oyunu ilə qəlblərə yol tapsın, sayılıb-seçilən kollektivə çevrilsin. Hər keçən oyunda inkişafın olduğunu hiss edirəm. Ümid edirəm ki, bu artan qrafiki qoruyacağıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər