Qapı ağzında düşmən - müharibənin unudulmaz oyunları

Qapı ağzında düşmən - müharibənin unudulmaz oyunları
Bütün dünya faşizm üzərində qələbənin 70 illiyini qeyd edir. İkinci Dünya müharibəsində baş verənləri xatırlayır, həlak olanların xatirəsi ehtiramla yad edilir. Milyonların sevimli oyunu olan futbol müharibə dövründə də “oyun” idi. Siyasi oyun. Ölkənin yaşadığını, mübarizə apardığını göstərmək üçün futbol əvəzsiz təbliğat vasitəsinə çevrilmişdi. Fanat.az publika.az-a istinadən müharibə dövrünün ən yaddaqalan oyunları barədə məlumat verir:
 
1. Mühasirə oyunu: Dinamo (Leninqrad) - LMZ 6:0
31 may, 1942-ci il
Qapı ağzında düşmən - müharibənin unudulmaz oyunları
Müharibənin ən amansız səhifələrindən biri Leninqradın uzunmüddətli mühasirəsi hesab olunur. 1941-ci ilin qışında Leninqradda yüz minlərlə insan aclıqdan tələf oldu. Şəhərin hərbi şurası əhalini ruhlandırmaq üçün bir sıra tədbirlər planlaşdırmışdı. Onlardan biri də futbol idi.
Mühasirə oyununun iştirakçılarının xatirələrindən: “Biz fasiləsiz oynayırdıq. Bilirdik ki, dayansaq, bir də qalxmayacağıq. Topu meydandan kənara çıxartmaq qəti qadağan idi. Çünki stadionun kənarlarında kartof əkilmişdi”.
 
Deyilənlərə görə, SSRİ tərəfi radio vasitəsilə oyundan canlı reportaj verirmiş. Rus və alman dillərində. Bununla da “şəhər ölməyib, yaşayır” görüntüsü yaratmaq istəyirmişlər. Alman tərəfi isə hər vəchlə reportaja mane olurmuş. Onlar radiosiqnalın  qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edirmişlər. Bir sözlə, əsl təbliğat müharibəsi aparılırmış.
 
2. Ölüm oyunu: Start (Kiyev) - Flakelf” (Almaniya) 5:3
9 avqust, 1942-ci il. Kiyev. “Zenit” stadionu
Qapı ağzında düşmən - müharibənin unudulmaz oyunları
Bu oyun haqqında indiyə qədər çox yazılıb. Qısaca onu deyək ki, almanlar ukraynalı futbolçulara xəbərdarlıq ediblər: qalib gəlsəniz, güllələnəcəksiniz. Amma onlar meydana çıxaraq bütün ağır şərtlərə rəğmən, qalib gəliblər.
 
Futbolçuların sonrakı taleyi barədə isə müxtəlif versiyalar var. Bir versiyaya görə, almanlar oyundan sonra 6 futbolçunu, digər versiyaya görə isə 4 futbolçunu güllələyiblər.
 
3. Qələbə oyunu: Dinamo (Stalinqrad) - Spartak (Moskva) 1:0
2 may, 1943-cü il. Stalinqrad, “Azot” stadionu.
Qapı ağzında düşmən - müharibənin unudulmaz oyunları
1943-cü ilin fevralında bütün stalinqradlılar sevinc içində idi. Mühasirə yarılmış, düşmən darmadağın edilmişdi. Bundan 3 ay sonra isə mərmilərdən təmizlənmiş stadionda futbol oyunu keçirildi. Həmin qarşılaşmanı 10 min azarkeş izlədi. “Bütün dəhşət arxada qaldı, şəhər əvvəlki həyatına qayıdır” şüarı ilə keçirlən oyun insanların rüh yüksəkliyini qaldırmaq üçün nəzərdə tutulmuşdu. Həmin vaxt İngiltərə qəzeti “Times” bu oyunu belə xarakterizə etmişdi - “Stalinqradın ikinci möcüzəsi”.
 
4. SSRİ kubokunun finalı: ÇDKA - Zenit 1:2
“Dinamo” stadionu, Moskva, 27 avqust, 1944-cü il
Qapı ağzında düşmən - müharibənin unudulmaz oyunları
 
Beş il sonra SSRİ kuboku uğrunda yarış bərpa olundu. Bu turnir azarkeşlər üçün SSRİ çempionatını əvəz etdi. Çempionatı keçirmək üçün isə hələ resurslar yox idi. Final oyununu 70 min azarkeş izlədi. Leninqrad “Zenit”i sürpriz qalib oldu. SSRİ futbolu tarixində llk dəfə titulu Moskva klubu qazanmadı. Onu da qeyd edək ki, “Zenit”in futbolçularının bəxti gətirmişdi. Onları blokadanın ilk günlərində şəhərdən çıxararaq Kazana aparmışdılar. Zavodda işləmək üçün. Bu qələbədən sonra futbolçuların hamısına “Leninqradın müdafiəsinə görə” medalı verildi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər