Qadın velosipedçimiz Sloveniyada çempion oldu

Qadın velosipedçimiz Sloveniyada çempion oldu

"Bakı-2015" ilk Avropa Oyunlarında iştirakı planlaşdırılan ölkəmizin qadın velosipedçilərdən ibarət yığma komandasının üzvü Yelena Pavluxina məsul yarışa hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, bu ilin fevralından etibarən Sloveniyanın şosse velosipedi üzrə "Lyublyana" komandasının heyətində çıxış etməyə başlayan idmançımız, klubunun heyətində ilk uğurunu qazanıb - o, Sloveniyada təşkil edilən "Šenčurja" Qran-Prisinin qalibi olub.

Kriterium xarakterli yarışda iştirakçılar 1,3 km-dən ibarət marşrut boyunca 21 dövrə vurublar. Hər 3 dövrədən sonra ara finişinin qeydə alındığı yarışda Yelena Pavluxina bütün rəqiblərindən daha yaxşı çıxış edib və Qran-Prinin qalibi olub.

Qadın velosipedçimiz Sloveniyada çempion oldu

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər