Pro imtahanından kimlər kəsilib? - TAM SİYAHI

Pro imtahanından kimlər kəsilib? - TAM SİYAHI

Ötən gün Böyükağa Hacıyevin Pro kateqoriyalı kurslarda iştirak edən məşqçilər üçün keçirilən imtahandan kəsilməsi barədə хəbər vermişdik. Fanat.az imtahanda iştirak edən bütün məşqçilərin siyahısını əldə edib.

Məlumata görə, Novruz Əzimov, Azər Bağırov, Aslan Kərimov, Fatih Kavlak, Adil Şükürov, Daril Villard və "Bakı" klubunun məşqçisi Murad Yoldaş imtahanları uğurla verib.

Kəsilənlərin siyahısına gəlincə, Böyükağa Hacıyevdən başqa, Bəhmən Həsənov, Elşad Quliyev və Etibar İsmayılov imtahanı keçə bilməyib.

Qeyd edək ki, imtahanı Dani Rayser, Fritz Şmid və Erifx Rütemöller götürüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər