Türkiyənin PTT 1-ci liqasında çempion olan "Kayserispor"a kubok və qızıl medallar təqdim edilib. Fanat.az хəbər verir ki, bir müddət əvvəl əlindən zədə alan Kamran Ağayev "Karşıyaka" ilə son matçın iştirakçısı olmasa da, mükafatlandırma mərasimində iştirak edib.
Əvvəlcədən nəzərdə tutulduğu kimi kuboku "Kayserispor"a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim etməyib. Buna səbəb dövlət başçısının başqa görüşlər keçirməsi olub. Belə olan halda kuboku komandanın kapitanına Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören verib.
Fanat.az