Poqbanın oynayacağı ölkə müəyyənləşdi

Poqbanın oynayacağı ölkə müəyyənləşdi

Bu mövsüm İtaliya çempionu olan və Çempionlar Liqasının finalına yüksələn "Yuventus"un futbolçusu Paul Poqba komandadan ayrılır. Fanat.az хəbər verir ki, bir çoх Avropa nəhənginin hədəfində olan fransalı futbolçunun gedəcəyi ölkə müəyyənləşib.

Məlumata görə, Poqba İspaniyaya yollanacaq. "L`Equipe" qəzeti iddia edir ki, PSJ-nin təklifindən imtina edən futbolçu ya "Real"a, ya da "Barselona"ya keçəcək. 

22 yaşlı futbolçunun "Real"a keçmək istədiyi, amma menecerinin "Barselona" tərəfdarı olduğu deyilir. "Yuventus" isə onun transferi üçün 70 milyon avro tələb edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər