Türkiyə Kubokunun 2-ci turuna start verilib. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşanlı Linyitspor" "Dardanelspor"u qəbul edib.
Cütün taleyini bir oyun həll edib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. "Tavşanlı Linyitspor" 6:5 hesablı qələbə qazanaraq, mərhələ adlayıb.
PTT 1-ci liqada debüt etmək imkanı qazanmayan Andrey Popoviç "Tavşanlı Linyitspor"un heyətində ilk rəsmi matçına çıxıb. Start heyətində yer alan 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü sonadək oynayıb və penalti seriyasında komandasının qələbə qazanmasına yardımçı olub. Çempionat oyunlarında əsas heyətdə yer alan Usim Nduka isə 59-ci dəqiqədə Kamal Bersisi əvəzləyib.
Fanat.az