Pavel Paşayev Ukrayna klubundan ayrıldı

Pavel Paşayev Ukrayna klubundan ayrıldı

Millimizin sabiq üzvü Pavel Paşayev çıxış etdiyi Ukraynanın I liqa təmsilçi "VPK-Arqo" klubundan ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı ölkənin "Meta-ratings" nəşri yayıb. 

Xəbərə görə, karyerasını başqa ölkədə davam etdirmək istəyən 33 yaşlı müdafiəçi klubun mövsümün sonunadək qalmaq təklifini geri çevirib.

Qeyd edək ki, Pavel Paşayev "VPK-Arqo"ya sentyabrda keçib. O, daha əvvəl "Aleksandriya"nın formasını geyinib. Müdafiəçi 2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər