Olimpiya çempionu Vladimir Putinlə evlənib?

Olimpiya çempionu Vladimir Putinlə evlənib?
Rusiya prezidenti Vladimir Putinin evlənməsi barədə xəbər yayılıb. Fanat.az xəbər verir ki, qonşu ölkə rəhbərinin sentyabrın 21-də Dövlət Dumasının deputatı, olimpiya çempionu Alina Kabayeva ilə Valdayada yerləşən İveri monastırında evləndiyi iddia edilib.
Bu barədə xəbəri Putinin əsas rəqibi hesab edilən Aleksey Navalnıy "Twitter" hesabından yayıb: "Putin və Kabayevanın bu gün Iver monastırında evlənəcəklərini eşitdim".
İddialara münasibət bildirən Putinin mətbuat katibi Dmitri Peskov xəbəri nə təsdiq, nə də təkzib edib: "Seçkilərdə biz prezidentə səs verdik, onu seçdik. Gəlin onun necə prezident olmağına diqqət yetirək, onun necə kişi olmağına və ya həyat yoldaşının olub-olmadığına yox. Bu mövzunu bitirək, qarışmayaq".
Qeyd edək ki, Putin həyat yoldaşı Lyudmila Putinadan məhz Alina Kabayeva görə boşanıb. Onlar bu barədə bu ilin iyun ayında açıqlama verib. Bir neçə ildi sabiq gimnastla bir yerdə olan dövlət başçısı onu millət vəkili edib. Cütlüyün bir qızının olduğu deyilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər