Nurlan Novruzovla bağlı ŞOK İDDİA

Nurlan Novruzovla bağlı ŞOK İDDİA

“Bakı”nın futbolçusu Nurlan Novruzovun milliyə çağrılmaması uzun müddət müzakirə mövzusu oldu. Öncə millinin baş məşqçisi Robert Prosineçki bu futbolçunu oyun sxeminə uyğun gəlmədiyi üçün milliyə çağırmadığını açıqladı. 

Lakin hansısa futbolçunu ən azı yoxlanışa çağırmadan onun haqda belə fikir səsləndirilməsi bir qədər inandırıcı görünmədi. Sonradan mətbuatda belə xəbərlər də yayıldı ki, “Bakı”nın sabiq icraçı direktoru Yaşar Seyidov bilərəkdən Nurlanın milliyə yolunu bağlayıb. Futbolçu bir vaxtlar mətbuatda “Bakı” və Seyidov haqda  xoşagəlməz fikirlər səsləndirdiyi üçün Seyidov da futbolçunu bu cür cəzalandırıb.

Rekord.az məsələ ilə bağlı şok məlumat əldə edib. Sən demə Novruzovun milliyə çağrılmamasının tamam başqa səbəbi var. Çünki futbolçunun ayağında cinayət işi var və ona 1 il 6 ay müddətində ölkədən kənara çıxmaq qadağan olunub. 

Belə ki, futbolçu ötən  ilin noyabrında maşınla qəza törədib. Daha da konkretləşdirsək maşınla adam vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Sonradan isə məhz bu qəza ilə bağlı Binəqədi Rayon Məhkəməsində cinayət işi açılıb və futbolçunun 1 il 6 ay ərzində ölkədən çıxmasına qadağa qoyulub. 

Həmin cəzanın 6 ayı geridə qalıb, 1 ili isə hələ davam edir. Yəni, Novruzov bundan sonar hələ 1 il də ölkədən kənara çıxa bilməz. Məlumata görə, əslində Prposineçki qışda Nurlanı da Antalya toplanışına aparmağı düşünürmüş. Lakin sözügedən məsələyə görə apara bilməyib.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər