Türkiyənin PTT 1-ci liqasında IV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın formasını geyindiyi "Tavşanlı Linyitspor" "Ankaraspor"u qəbul edib.
Oyun 0:0 hesabı ilə başa çatıb. Nduka start heyətində yer alıb və 90 dəqiqə meydanda olub. U-21 yığmamızın heyətində İsraildən 7 qol buraxan Popoviç isə "18-liy"ə düşməyib. Buna səbəb Andreyin məşqdə zədə alması olub. Baş məşqçi Erol Tok qapını Metin Erola tapşırıb, ehtiyatda Gökhan Köstereli saxlayıb.
Qeyd edək ki, "Tavşanlı Linyitspor" 4 turdan sonra 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.az