Bu gün Vladiqafqazda Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Fanat.az хəbər verir ki, qarşılaşmada hazırda U-19 millimizə başçılıq edən mütəхəsisin iki sabiq komandası - "Alaniya" və "Neftçi" qarşılaşıb.
Nazim Süleymanov birinci hissədə "Alaniya"nın, ikinci yarıda "Neftçi"nin heyətində yer alıb. Matç 7:7 hesabı ilə başa çatıb. Yubliyar ilk yarıda 1, ikinci hissədə 3 qol vurub. "Neftçi"nin digər qollarına gəlincə, Musa Qurbanov het-trik edib, Oqtay Abdullayev bir dəfə fərqlənib.
Fanat.az