Sabah Vladiqafqazda Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş matç keçiriləcək. Bu oyunda hazırda 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisinin oynadığı iki klubun - “Alaniya” və "Neftçi"nin veteranları qarşılaşacaq.
Fanat.az хəbər verir ki, "Neftçi"nin veteranlarını səfərə aparacaq avtobus bu gün Bakıdan Vladiqafqaza yola yola düşəcək. Səfər mayın 25-də başa çatacaq.
Fanat.az avtobusun səfərə hazırlanmasını əks etdirən fotoları təqdim edir.
Fanat.az