Nazarov oynadı, komandası uduzdu

Nazarov oynadı, komandası uduzdu

Almaniya II Bundesliqasında XXXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" də növbəti matçına çıxıb.

Komanda doğma meydanda "Darmştadt"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Dmitri görüşün 83-cü dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Karlsrue" hazırda 52 xalla 4-cü pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər