"Qalatasaray" prezidenti Ünal Aysal mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, klub prezidenti jurnalistlər önündə Fatih Terim məsələsinə aydınlıq gətirib.
Komandanın məğlubiyyətində baş məşqçini günahlandırmayan Aysal bütün məsələlərin 48 saat ərzində həll olunacağını dilə gətirib.
"Fatih Terimin istefas gündəmdə deyil. "Qalatasaray" bir teatrdı. Biz isə onun aktyorlarıyıq. Klubun öndə olması üçün nə lazımdısa, ediləcək. Hələ biz başqa məşqçilərlə görüşməmişik. Bunun üçün bugün, ən geci 48 saat ərzində qərar qəbul olunacaq. Məsələnin bu qədər şişirdilməsi klubun və milli komandanın ziyanınadı. Əgər lazım gələrsə, xarici və ya yerli baş məşqçilərlə əlaqə yaradılacaq. Hələlik isə hadisəni çətinə salmaq lazım deyil. Belə olan halda Terim də rahat işini görə bilməz".