Türk futbolunun radikal həmləsini edən Ünal Aysal verdiyi qərarın arxasında dayanıb. Fanat.az xəbər verir ki, "Qalatasaray" prezidenti başqa çarəsinin qalmadığını bildirib:
"Mən dəli deyiləm ki, komandayla bu cür uğuru olan bir adamı işdən çıxarımş Amma baş verənlər "Qalatasaray"a zərər verirdi. "Beşiktaş"la matçdan qabaq Terimə bir neçə dəfə zəng elədim, amma zənglərimə cavab vermədi. Mesajlarıma cavab gəlmədi. Oyundan sonra Ancaq baş məşqçimiz Lütfi Arıboğana "mənimlə Handa vasitəsilə əlaqə qura bilərsiniz" deyərək özü ipləri qopardı. Mən klub prezidenti baş məşqçiylə görüşmək üçün mətbuat xidmətiylə danışmalıyam? Özü mənə başqa çıxış yolu qoymadı".