Ünal Aysal Fatih Terimin adamlarını qovdu

Ünal Aysal Fatih Terimin adamlarını qovdu

"Qalatasaray"ın prezidenti Ünal Aysal Fatih Terimlə birlikdə Floriya Metin Oktay bazasında işləyənlərin təmizliyinə başlayıb. Fanat.az xəbər verir ki, klub rəhbəri 7 nəfəri işdən azad edib.

Ötən axşam gec saatlarda klub rəsmisi Lütfi Arıboğan Müfit Erkasap, Fahri Yılmaz, Hande Sümertaş, Bülent Bayraktar, Fatih İbradı, Şükrü Hanedar və Metin Çakıroğlunun işdən çıxarıldığını telefonla onların diqqətinə çatdırıb. Arıboğan qərarın Ünal Aysal tərəfindən verildiyini açıqlayıb.

Hasan Şaş, Ümit Davala, Skott Piri və U-19-un baş məşqçisi İnceefe isə "Çaykur Rizespor"la oyundan sonra istefaya göndəriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər