Premyer Liqanın VI turu mövsümün ən məhsuldar həftəsi olub. Fanat.az xəbər verir ki, turun 5 oyununda qapılara 16 qol vurulub. Bu isə orta hesabla hər qarşılaşmaya 3.2 qol deməkdi.
Bundan əvvəl baş tutan 5 turun heç birində bu qədər qol vurulmamışdı: I tur 15 (orta hesabla 3), II tur 14 (2.8), III tur 14 (2.8), IV tur 11 (2.2), V tur 10 (2), VI tur 16 (3.2).
Beləliklə, 6 turun 30 oyununda qapılara ümumilikdə 80 qol vurulub ki, bu da hər matça orta hesabla 2.66 top deməkdi.
Turun 5 oyununda 3 hesab variantı qeydə alınıb. Belə ki, iki qarşılaşma 3:1, iki matç 2:1, biri isə 1:1 hesabı ilə yekunlaşıb.
VI turla bağlı başqa maraqlı bir məqam ondan ibarətdi ki, bütün komandalar rəqib qapısına qol vurub. İlk 5 həftədə belə şey olmamışdı.
Fanat.az