Mustafa Dənizli yeni klubuna qovuşub. Fanat.az xəbər verir ki, bir vaxtlar Türkiyə yığmasında, “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray” kimi klublarda baş məşqçi olmuş Dənizli bundan sonra PTT Birinci Liqa təmsilçisi “Şanlıurfaspor”u çalışdıracaq.
Mövsümə böyük yatırımlar və transferlərlə başlayan rəhbərlik üst-üstə alınan mənfi nəticələrdən sonra baş məşqçiləri Raşit Çetinerlə yolları ayırıb. Klub indi həmin posta Dənizlini gətirir.
Qeyd edək ki, 63 yaşlı mütəxəssis son olaraq ötən mövsüm “Rizəspor”u çalışdırıb və həmin klubu Superliqaya çıxarıb.