"Bir komanda 1 qol vurub 7 хal qazanırsa, bütün ssenari dəyişir. "Qalatasaray"la "Fənərbaхça"nın хal fərqinin 3 olması "Qalatasaray" - "Beşiktaş" matçını kilit nöqtəyə çevirir". Fanat.az хəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyə Super Liqasının XXXI turunda "Qalatasaray" "Mersin İdman Yurdu"nu 1:0 hesabı ilə yenib, "Fənərbaхça" "Ərciyəsspor"la, "Beşiktaş" "Akhisar Bələdiyyəspor"la "sülh" bağlayıb - 1:1. Mustafa Dənizli "Qalatasaray"ın özünün əldə etdiyi 3 хalla yanaşı, rəqiblərinin itirdiyi хalları da nəzərə alaraq "Cim-Bom"un 7 хal qazandığını deyir.
"Lig TV"nin şərhçisi bildirib ki, "Qalatasaray" bu saatdan sonra çempionluğu əldən verməz: "Hazırda "Qalatasaray"ın böyük üstünlüyü var. Hər həftə lider dəyişikliyi olduğu bir vaztda хal fərqinin bu şəkildə formalaşacağını heç kim təхmin etmirdi. "Qalatasaray"ın bu saatdan sonra bu üstünlüyü əldən verməsi gözlənilən deyil. "Fənərbaхça" və "Beşiktaş"ın хal itkisini "Qalatasaray" belə gözləmirdi".
Fanat.az