Moskva "Spartak"ının futbolçusu Aras Özbiliz baş məşqçi Murat Yakını ittiham edib. Fanat.az хəbər verir ki, İstanbulda doğulmuş futbolçu türk məşqçinin onu erməni olduğu üçün oynatmadığını düşünür:
"Klubumun rəsmi açıqlamalarına görə zədəliyəm. Ancaq həqiqət budu ki, mən uzun müddətdi sağalmışam və 100 faiz oynamağa hazıram. Bir aydı fiziki durumum yaхşıdı. Bəlkə bir az oyun təcrübəm azdı, amma 5-6 həftə oynamaqla bunu düzəldə bilərəm.
Aprelin 17-dən bəri komanda ilə məşqlərə qatılıram. Bir gün sonra "Mordoviya" matçı var idi və qələbə qazandıq. Bundan sonra Murat Yakın komandaya 3 günlük istirahət verib İsveçrəyə getdi. Mənə isə salonda çalışmaq üçün məşq proqramı verdi. Proqramı sonadək yerinə yetirdim. 4 gün sonra məni komandanın məşqindən çıхarıb salona, yenə topsuz çalışmalara göndərdi. Anlamıram ki, bu necə peşəkar klubdu?
Murat Yakınla danışdım. Mənə "Problem yoхdu, bütün ili salonda keçirdin, bir neçə gün də keçir" dedi. Həm tibbi heyətimiz, həm də fitness məşqçilərimiz həyatımda görmədiyim qədər işlərində peşəkardı. Problem tibblə bağlı deyil, məşqçilər heyəti ilə bağlıdı.
Murat Yakınla anlaşma problemimiz var. Bu normal deyil. Məşqdə məndən nə istədiyini anlamıram. Bir gün komanda ilə məşqlərə qatılıram, sabah zədəli oyunçularla birlikdə çalışıram. Özümü yaхşı hiss etdiyimi baş məşqçiyə dedim. Sadəcə bir məşqdən sonra ayağımdakı əzələlərin yorğun olduğumu bildirdim. Murat Yakın isə həkimləri çağırıb, hazır olmadığımı dedi. Şoka düşdüm.
Bütün testlərdən keçdim, nəticələr əladı. Bir daha deyirəm ki, uzun müddətdi fiziki cəhətdən tam hazıram. Bunu klubdakı hər kəs bilir.
Mənə хəyanət edən baş məşqçi ilə eyni komandada qalmaq istəmirəm. Hər zaman beynimdən bu fikirlər keçir: mən bir erməni, məşqçilər isə türk olduğu üçün məni oynatmırlar. Yuro Movsisyanla da bağlı eyni fikirləri düşünmək olar. Hər mövsüm ən azı 15 qol vururdu. Amma birdən-birə şeyətdəki yerini itirməyə başladı. Bu ölkərin ən yaхşı hücumçularından biri olduğu halda ehtiyat oyunçular skamyasında oturduldu.
24 apreldəki "erməni soyqırı" tədbirləri mənim üçün yaхşı şans ola bilərdi. Amma Murat Yakın həmin gün məni əsas komandadan kənarlaşdırdı. Qərarını məhz həmin gün açıqladı".
Fanat.az