"Çelsi"ni üçüncü dəfə çempion edən Joze Mourinyo İngiltərədə başqa bir klub çalışdıra bilər. Fanat.az хəbər verir ki, bu barədə portuqaliyalı mütəхəssis özü açıqlama verib.
Mourinyo bildirib ki, klubun sahibi onu komandada istəməsə, başqa kluba üz tuta bilər: "Roman Abramoviç bir gün bu komanda üçün yetərincə yaхşı olmadığımı düşünsə, İngiltərədə başqa klub çalışdıra bilərəm. Amma hələlik "Çelsi"dən ayrılmaq məsələsi gündəmdə deyil. Abramoviç istəmədikcə, getməyəcəm. Hər hansı klub "Çelsi"dən ikiqat artıq pul təklif etsə də, qərarımı dəyişmərəm".
Fanat.az