"Çelsi"nin baş məşqçisi Joze Mourinyo mətbuata açıqlama verib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis güclü komanda qurduğunu və bu heyətlə qələbə qazanmalı olduqlarını bildirib:
"Bizim yaxşı, istedadlı futbolçularımız var. Komanda daxilində də hər şey qaydasındadı, yaxşı münasibət var. Amma bəzən olur ki, hər şey super olsa da, oyun alınmır. Bizdə də belə oldu. Artıq daha çox qələbə qazanmalıyıq. Deməli, kompakt şəkildə oynamaq və rəqibin cüzi səhvindən belə faydalanmaq lazımdı".
Qeyd edək ki, "Çelsi" IV turdan sonra 7 xalla 6-cı pillədə qərarlaşıb və bu gün "Fulhem"i qəbul edəcək.