Joze Mourinyonu "Real"da işlədiyi dövrdə yaxından təqib edən "El Pais"in müxbiri Dieqo Torres portuqaliyalı mütəxəssislə bağlı maraqlı faktı açıqlayıb. Fanat.az xəbər verir ki, yazar yeni nəşr olunan "İtirməyə hazır olun" adlı kitabında Mourinyonun ağladığını yazıb.
Torres portuqaliyalı mütəxəssisin "Mançester Yunayted"dən təklif gözlədiyini, David Moyes Premyer Liqa klubuna baş məşqçi təyin olunduqdan sonra ağladığını iddia edib. Yazarın qeydlərinə görə, bu ilin 8 martında səhərə qədər İngiltərədən zəng gözləyən Mourinyo "pis" xəbər gələndən sonra "Moyes heç bir nəticə qazanmayıb" deyib və ağlayıb.