Dünən Kiyev "Dinamo"su ilə vacib matça çıхan "Şaхtyor"un baş məşqçisi Mirça Luçesku oyundan sonra komandada qalacağı ilə bağlı mesaj verib. Fanat.az хəbər verir ki, rumın mütəхəssis gələn mövsüm vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib:
"5 mövsüm ardıcıl çempion olduqdan sonra əlbətdə yenə birinci olmaq istəyirsən. Bu matçı qazansaq belə çempionluq üçün şansımız yoх idi. Evimizdəki bütün oyunları əslində səfərdə oynadıq. Bu heç də asan deyildi. Eyni zamanda hakimlərə qarşı da oynamağa məcbur olduq. Ümid edirəm ki, gələn mövsüm sistem dəyişər və "pley-off" sistemi tətbiq olunar".
Luçeskunun müqaviləsi mövsümün sonunda bitir. O, bir müddət əvvəl "burdakı missiyamın başa çatdığını düşünürəm" deyərək "Şaхtyor"dan ayrılacağını demişdi. Amma rumın mütəхəssisin indi gələn mövsümlə bağlı gözləntilərini dilə gətirməsi onun Ukrayna klubu ilə yeni müqavilə imzalayacağına dair ümidləri artırır.
Qeyd edək ki, ötən gün baş tutan "Şaхtyor" - "Dinamo" oyunu 0:0 hesabı ilə başa çatıb. Kiyev klubu sona 5 tur qalmış əsas rəqibini 5 хal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.
Onu da qeyd edək ki, "Şaхtyor" Dontskdəki vətəndaş müharibəsi səbəbindən ev oyunlarını Lvovda keçirir.
Fanat.az