Kiyev "Dinamo"sunun yeni baş məşqçisi bəlli olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda rumıniyalı Mirça Luçeskuya tapışırılıb. 75 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Luçesku bu postda istefaya göndərilmiş Aleksey Mixayliçenkonu əvəzləyib.
Qeyd edək ki, Mirça Luçesku 2004-2016-cı illərdə Ukraynanın "Şaxtyor" klubunu çalışdırıb. Komanda onun rəhbərliyi altında 2008/09 mövsümündə Ukrayna "Şaxtyor"u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub, həmçinin 8 dəfə Ukrayna çempionluğunu, 6 dəfə ölkə kubokunu, 7 dəfə Super Kubokunu qazanıb. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub.
Fanat.Az