Millinin qapıçısı peşəkar güləşçi oldu - FOTO/VİDEO

Millinin qapıçısı peşəkar güləşçi oldu - FOTO/VİDEO

Almaniya Bundesliqasında "Hoffenhaym" və "Verder" klublarının formasını geyinmiş, ölkə yığmasında oynamış Tim Vyese futboluçu karyerasını bitirdikdən sonra idmandan ayrılmayıb. Fanat.az xəbər verir ki, 32 yaşlı qapıçı güləşə başlayıb.

Amerikan güləşi ilə məşğul olan Tim Vyese ilk peşəkar təcrübəsini Frankfurtda yaşayıb. Təcrübə qazanmaq üçün əvvəlcə sınaq görüşlərinə çıxan qolkiper tezliklə reytinq döyüşləri keçirəcək.

Qeyd edək ki, Tim Vyese "Fortuna" (Köln), "Kayzerslautern", "Verder" və "Hoffenhaym" klublarında çızış edib. Bu il karyerasını başa vuran 34 yaşlı qapıçı Almaniyanın U-21 yığmasında 13, A millisində 6 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər