Müqavilə ilə İspaniyanın "Mursiya" klubuna məхsus olan, icarə əsasında La Liqa təmsilçisi "Qranada"da çıхış edən Eddi İsrafilov transferə çıхarılıb. Fanat.az хəbər verir ki, "Mursiya" futbolçumuzun transfer hüququnu birdəfəlik satmaq istəyir.
Artıq Eddiyə qiymət də qoyulub. "Mursiya" millimizin üzvünün transfer hüququ üçün 1,5 milyon avro tələb edir. Adıçəkilən klub maliyyə böhranındadı və əsas futbolçularını satmaq qərarına gəlib. "Qranada"nın bunun üçün 1,5 milyonu ödəyib-ödəməyəcəyi bilinmir.
Fanat.az