Millimizin üzvü penalti vurdu

Millimizin üzvü penalti vurdu
Türkiyə Kubokunun 2-ci turuna start verilib. Fanat.az xəbər verir ki, Timur Temeltaşın çıxış etdiyi "Altınordu" "Göztepe"nin qonağı olub.
"Altınordu"nun əsas heyət üzvü hesab olunan 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü start heyətində yer almayıb və 57-ci dəqiqədə Olcay Coşkunu əvəzləyib. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Belədə qalib penalti seriyasında müəyyənləşib. "Altınordu" daha dəqiq oynayaraq, mərhələ adlayıb - 5:4 (ümumi hesab 6:5). Penaltilərdən birini Timur vurub və onun zərbəsi dəqiq olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər