Çinin Taypey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə start verilib. Fanat.az xəbər verir ki, yarışda ölkəmizi məşqçi İlham Alimcanovun rəhbərliyi altında 3 boksçu təmsil edir.
Turnirin ilk günündə 51 kq çəki dərəcəsində mübarizə aparan Viktoriya İsmayılova rinqə çıxıb. Boksçumuz rusiyalı Qeluisa Qaliyevaya uduzaraq, yarışdan kənardan qalıb - 0:3.
Aliyə Vəlizadə isə (54 kq) ilk görüşdə qələbə qazanıb. Milli komandamızın üzvü almaniyalı Mendi Berqi məğlub edib - 3:0. Həmyerlimiz 1/8 finalda irlandiyalı Nataşa Loqanla üz-üzə gələcək.
Yarışa mayın 23-də yekun vurulacaq.
Fanat.az