Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna II" (Düsseldorf) təmsilçisinin "Bohum"un qonağı olub.
Regional Liqanın Qərb zonasında keçirilən qarşılaşma "Fortuna II"nin 3: hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Tuğrul millimizin İsraillə oyununun iştirakçısı olmuşdu. O, U-21-in 2:7 hesabı ilə uduzduğu oyunda qol da vurmuşdu.
Onu da qeyd edək ki, "Fortuna II" 7 oyunda 10 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az