Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç 1 ay yaşıl meydanlardan kənar qalacaq. Fanat.az xəbər verir ki, Madrid "Real"ının futbolçusu dünən İtaliya ilə oyunda sıradan çıxıb.
Həkim müayinəsindən sonra 29 yaşlı Modriçin qasığ əzələsinin dartılması aşkarlanıb.
Yarımmüdafiəçi İspaniya çempionatının 4, Çempionlar Liqasının isə 2 oyununu buraxacaq.
Eyni zamanda, xorvat futbolçunun dekabrın 16-da başlayacaq Klublarası dünya çempionatının start oyunlarını buraxacağı da istisna edilmir.
Fanat.az