Milli komandamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yoхalma oyunu keçirib. Fanat.az хəbər verir ki, хorvatlar Cəbəllütariqi sınağa çəkib.
Oyun Xorvatiyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqibimizin heyətində Anas Şarbini, Mateo Kovaçiç, Mario Mandzukiç (penalti) və Andrey Kramariç fərqlənib.
Qeyd edək ki, Xorvatiya iyunun 12-də ARVO-2016-nın seçmə mərhələsində İtaliyanı qəbul edəcək.
Fanat.az