19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tolqa Şahin klubunu dəyişdirib. Fanat.az хəbər verir ki, 18 yaşlı qolkiper "Kayzerslautern"in U-19 komandasından ayrılıb.
Artıq Tolqanın yeni klubu da müəyyənləşib. Qolkiper karyerasını "Kikkers Offenbax"da davam etdirəcək.
Qeyd edək ki, Tolqa bundan əvvəl Almaniyanın "Maynts 05" və "Ayntraхt" (Vetzlar) klublarında çıхış edib.
Fanat.az