Millimizin oyunu avstriyalılara tapşırıldı

Millimizin oyunu avstriyalılara tapşırıldı
İyunun 7-də Avstriyanın Pölten şəhərindəki "NV Arena"da Azərbaycan və Serbiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu avstriyalı FIFA referiləri idarə edəcək.
Fanat.az xəbər verir ki, matçın baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri - Andreas Heidenreyx və Roland Riedel yardım edəcək. 4-cü hakim funksiyasını Manuel Şüttenqruber yerinə yetirəcək.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20.00 başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər