İyunun 2-dən 9-dək Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Danimarkaya yollanıb. Fanat.az xəbər verir ki, komandamızın Kopenhagen toplanışı iyunun 16-dək davam edəcək. Yığma AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində iyunun 17-də Farer adaları ilə qarşılaşacaq.
Fanat.az