Millimizin 6 üzvü yarımfinalda

Millimizin 6 üzvü yarımfinalda

Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub. Fanat.az xəbər verir ki, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər. 

70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov 1/4 finalda litvalı Lukas Petrauskasdan üstün olub - 3:0. Boksçumuz finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skamaroxla üz-üzə gələcək. 

Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. Milli komandamızın üzvü rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib - 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq. 

Kənan İsmayılzadə (75 kq), Kənan Əliyev (46 kq) 1/4 finalda mübarizəni dayandırıblar. 

Beləliklə, mayın 22-də keçiriləcək yarımfinalda rinqə çıxacaq boksçularımız:

48 kq. Cavid Hüseynov - Lorkan Harleks (İrlandiya) 

52 kq. Niyaməddin Allahverdiyev - Deklin Daff (Şotlandiya) 

70 kq. Səid Məlikov - Yeqor Skamarox (Belarus) 

54 kq. Orxan Həsənov - İvan Kozyar (Ukrayna) 

60 kq. Bəxtiyar Qazıbəyov - Koryan Asteyan (Ermənistan) 

+80. Məhəmməd Abdullayev - Artyum Yordanyan (Gürcüstan)  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər