17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, 10-cu qrupda yer alan yığmamız Volqoqrad şəhərindəki Olimpiya stadionunda İslandiya ilə qarşılaşıb.
Hesabı 11-ci dəqiqədə millimizin üzvü Benhur Kama açıb. İslandiyalılar 9 dəqiqə sonra Viktor Karl Eynarssonun qolu ilə bərabərliyi bərpa edib. 50-ci dəqiqədə Elnur Cəfərov yenidən komandamızı irəli çıxartsa da, sevincimiz 12 dəqiqə çəkib. 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Şahban Cəbrayılov 3-cü dəfə yığmamızı sevindirib. Lakin İslandiya 72-ci dəqiqədə bərabərliyi təmin edən qola imza atıb. Beləliklə matç 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, yığmamız qrupda sentyabrın 23-də Rusiyaya, son matçını isə 3 gün sonra Slovakiyaya qarşı keçirəcək.
AVRO-2014
Seçmə mərhələ
10-cu qrup
21 sentyabr
İslandiya - Azərbaycan 3:3
Qollar: Viktor Karl Einarsson, 20. Darri Sigthorsson, 62. Ernir Bjarnason, 72 - Benhur Kama, 11. Elnur Cəfərov, 50. Şahban Cəbrayılov, 68-pen.
İslandiya: 12. Byorqvinsson, 3. Şevinq, 5. Siqthorsson (k), 15. Hauksson, 8. Qunnarsson (4. Helqason, 57), 10. Eynarsson, 17. Bartolozzi (11. Vidarsson, 46), 18. Byarnason, 6. Qudmundsson, 9. Karlsson, 13. Larusson (16. Hyaltested, 46).
Ehtiyat oyunçular: 1. Blaenqsson, 2. Qudmundsson, 7. Kyartansson, 14. Halldorsson.
Azərbaycan: 1. Ağaseyid Qasımov, 3. Elməddin Məmmədov, 4. Bəhlul Mustafazadə (k), 5. Renat Ağaverdiyev, 14. Yusif Nəbiyev, 6. Sinan Avan, 7. Roman Hüseynov, 15. Berdan Yılmaz (9. Şahban Cəbrayılov, 61), 16. Emin Zamanov, 10. Elnur Cəfərov, 19. Benhur Kama.
Ehtiyat oyunçular: 12. Tolqa Şahin, 2. Kamran Nəsirov, 23. Elgün Uluxanov, 8. Fərid Əsədli, 21. Ozan Altın, 11. Umar Akmurzayev.
Sarı vərəqə: Sinan Avan, 53.