Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatında millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir. Fanat.Az xəbər verir ki, dünən qitə birinciliyində 7-ci tur baş tutub.
Kişilərdən ibarət yığmamız Macarıstan, xanım şahmatçılarımız isə İngiltərə millisi ilə üz-üzə gəlib.
Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət seçməmiz rəqibini 3:1 hesabıyla üstələyib. Bu oyuna qədər lider olan Macarıstan üzərindəki qələbə yığmamızı turnir cədvəlində ikinci pilləyə yüksəldib.
Qadınlar yığmamız isə heç-heçə ilə barışıb – 2:2.
Komandalararası Avropa çempionatı
VII tur
Kişilər
Azərbaycan – Macarıstan – 3:1
1. Şəhriyar Məmmədyarov (2791) – Peter Leko (2679) – 0.5:0.5
2. Teymur Rəcəbov (2741) – Viktor Erdoş (2624) – 1:0
3. Arkadi Naydiç (2702) – Riçard Rapport (2686) – 1:0
4. Rauf Məmmədov (2678) – Ferenc Berkes (2661) – 1:0
Turnir cədvəli: 1. Rusiya – 12 xal, 2. Azərbaycan – 11 xal, 3. Macarstan – 10 xal
Qadınlar
Azərbaycan – İngiltərə – 2:2
1. Günay Məmmədzadə (2393) – Yovanka Huska (2393) – 0.5:0.5
2. Zeynəb Məmmədyarova (2298) – Danye Ciuksayt (2318) – 0:1
3. Fətəliyeva Ülviyyə (2348) – Syu Marora (2077) – 1:0
4. Gülnar Məmmədova (2385) – Kanval Bahtia (2080) – 0.5:0.5
Turnir cədvəli: 1. Rusiya – 13 xal, 2. Gürcüstan – 12 xal, 3. Polşa – 10 xal… 15. Azərbaycan – 7 xal.
Fanat.Az