Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb - 7:3. Sabir Allahquliyevin het-trik, Asif Zeynalovun isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Orxan Məmmədov və Ramil Əliyev fərqlənib.
Qeyd edək ki, millimiz ilk oyunda Fransaya 2:3 hesabı ilə uduzmuşdu. Komandamız son matçını sentyabrın 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11.00-da başlayacaq.
Fanat.Az