2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.
Azərbaycan millisi 11-ci qrupda yer alıb. Milli komandamız İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq.
Qeyd edək ki, seçmə mmərhələnin oyunları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar, həmçinin “üçüncülər” arasında ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda vəsiqə qazanacaq.
Fanat.Az