Millimiz İranda 5-ci oldu

Millimiz İranda 5-ci oldu
Su polosu idman növü üzrə Azərbaycan milli komandası İranın paytaxtı Tehran şəhərində keçirilən "5th FINA World Water Polo Development Trophy" beynəlxalq turnirində 5-ci yerə sahib olub. Fanat.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb. 
Məlumatda bildirilir ki, "Tehran 2015" beynəlxq turnirinə ümumilikdə dünyanın müxtəlif qitələrindən 10 ölkə qatılıb. Bunlar İran, Küveyt, İndoneziya, Tunis, Azərbaycan, Malta, Uruqvay, Avstiya, Mərakeş və Qvatamela milli komandaları olub. Azərbaycan millisi bu yarışmada Küveyt yığmasını 9-6, Mərakeş yığmasını 17:7 hesabı ilə məğlub edib, Uruqvay yığmasına 11:10, Malta yığmasına isə 13:8 hesabı ilə məğlub olduqdan sonra 5-ci yer uğrunda İndoneziya yığması ilə güclərini sınayıblar. Azərbaycan yığma komandası ağır və çətin qarşılaşmada 10:8 hesabı ilə İndoneziya yığmasını məğlub edərək beynəlxalq turnirdə 5-ci pilləni qazanıblar. 
Su polosu idman növü üzrə Azərbaycan milli komandasının baş məşqçisi Azər Babayevin sözlərinə görə Tehran 2015 World Water Polo Development Trophy Beynəlxalq turniri FİNA-nın təqvim planına uyğun olaraq keçirilir və bu beynəlxalq turnirə çox güclü komandalar qatılır: "Belə bir mötəbər yarışda 5-ci yer vacib bir nəticədi. Komanda olaraq Bakıda keçiriləcək I Avropa oyunları qabağı biz növbəti dəfə gücümüzü sınadıq. Təbii ki, reytinq və iştirak edəcək komandaların gücü baxımından I Avropa oyunları birinci yerdədi. Burada Avropanın ən güclüləri iştirak edəcək. Amma "Tehran 2015"də özü özlüyündə çox vacib və səviyyəlı bir beynəlxalq turnir idi. Mən ümumilikdə komandamın çıxışından razı qaldım".
Məlumat üçün bildirək ki, "World Water Polo Development Trophy" beynəlxalq turnirində İran yığması 1-ci, Uruqvay 2-ci, Avstiya yığması 3-cü yerə, Malta yığması isə 4-cü yerə layiq görülüb. 
Famat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər