Millimiz I divizion klubunu darmadağın etdi

Millimiz I divizion klubunu darmadağın etdi
İyunun 2-dən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə komandanı "Şuşa Qarabağ"la oyunda sınayıb.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan oyunda milli I divizion təmsilçisini darmadağın edib - 5:0. U-21-in heyətində Kerem Behnke dubl edib, Azər Salahlı, Elşən Abdullayev və Məqsəd İsayev hərəyə bir qol vurub.
Qeyd edək ki, U-21 iyunun 9-dək Bakıda, ayın 10-dan 16-dək Danimarkanın Kopenhagen şəhərində təlim-məşq toplanışı keçirəcək. Komandamız iyunun 17-də AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adaları ilə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər