Millimiz 3 "qızıl" qazandı

Millimiz 3 "qızıl" qazandı

Şağan Olimpiya Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Fanat.az xəbər verir ki, komandamız yarışda 3 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. 

57 kq çəki dərəcəsində mübarizə aparan Elton Məmmədov finalda qazaxıstanlı Nurbol Sultanbayı məğlub edərək, 1-ci yerə layiq görülüb. 

Bəxtiyar Qazıbəyov da (60 kq) turniri 1-ci yerdə başa vurub. Həmyerlimiz həlledici görüşdə Türkiyə idmançısı Tuğrulxan Erdemir üzərində qələbə qazanıb - 3:0.

80+ çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də fəxri kürsünün ən yüksək pilləxinə qalxıb. Milli komandamızın üzvü qazaxıstanlı Ardak Alimxanı məğlub edib - 3:0. 

52 kq çəki dərəcəsindəki təmsilçimiz Niyaməddin Allahverdiyev yalnız finalda özbəkistanlı Murodjon Əliyevə uduzaraq (0:3) 2-ci olub. 

Şaiq Məlikov da (70 kq) final görüşündən məğlub ayrılıb. Boksçumuz Daulet Zauşevə (Qazaxıstan) yenilib - 0:3. 

Fərid Səfərli (46 kq), Cavid Hüseynov (48 kq), Polad Hüseynov (52 kq) və Orxan Həsənov (54 kq) isə yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətləniblər. 

Komanda hesabında Qazaxıstan 1-ci, Özbəkistan 2-ci, Azərbaycan isə 3-cü yeri tutub. 

Qeyd edək ki, Bu yarış mayın 15-dən 24-dək Ukraynanın Lvov şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb.

Millimiz 3 "qızıl" qazandı

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər