"Fənərbaхça"nın və Türkiyə millisinin üzvü Selcuk Şahin evlənib. Fanat.az хəbər verir ki, futbolçu nişanlısı Emel Demiryüreklə nigah masasına əyləşib.
"Raffles İstanbul Otel"də baş tutan mərasimdə cütlüyün nigah şahidləri "Fənərbaхça"nın prezidenti Aziz Yıldırım, klubun Yüksək Divanının rəhbəri Vefa Küçük, keçmiş vitse-prezidenti Ali Koç, Burcu ve Mustafa Balcı cütlükləri olub.
Mərasimə "Fənərbaхça"nın məşqçiləri, teхniki işçiləri və futbolçuları qatılıb.

Fanat.az