Milli komandamızın üzvü Macarıstan klubunda

Milli komandamızın üzvü Macarıstan klubunda
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, millimizin üzvü "Yasberen" klubu ilə müqavilə imzalayıb. 28 yaşlı voleybolçu 2019/20 mövsümünün sonunadək macar klubunda çıxış edəcək.
Qeyd edək ki, Şəfaqət Alışanovanın son klubu Polşa təmsilçisi "Radomka" olub. O, əvvəllər Bakının "Lokomotiv", "Azəryol" və "Azərreyl" klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər