Topaz Premyer Liqasının VI turunda “Xəzər Lənkəran” doğma meydanda “Bakı” ilə qarşılaşıb. Fanat.az xəbər verir ki, əzmkar oyun nümayiş etdirən cənub təmsilçisi Mbilla Etamenin dublu sayəsində mövsümdə ilk qələbəsini qazanıb – 2:1.
Oyundan sonra qonaqların baş məşqçisi Milinko Pantiç oyun haqda fikirlərini bildirib: “Oyunda səhvlər çox oldu. “Xəzər Lənkəran” bu qələbəyə sevinirsə, bu, tarixdi. Bugünkü oyunu unutmalıyıq, qarşıdakı oyunlara hazırlaşacağıq”.
Fanat.az